Bizə yad kabus bax kölgə salıb,Bu ölümdür, bu ölüm kölgəsidir!Yadelli olsa da xoş səsli, yenə,Bizcə ərbab səsi, cəllad səsidir...

Evləri yıxsa və qan töksə də yad,Ona kim şümr, sitəmkar deyəmməz.Zülfünə kimsə toxunmaz və ona:“Gözün üstə qaşın var” deyəmməz.

Yad elin kabusu qorxunc degil,Sadə insanlara qardaş kimidir...Amma, gündüz bizə gün vermiyərək,Ayaq altında gecə daş kimidir.

Yadın ol xanlığı, aləmdə inan,İmperatorluğun iyrənc üzüdür!Bu qədər həşəmətə baxma, sən onun,Çünki bir köşkülüdür, bir özüdür.

Qara kabus bizi ah boğdu oğul!Ayrılıq saldı o ellər içinəAlovu ilə evimiz yandı aman!Qoymadı kimsə ki, getsin biçinə.

Qurudu çaylarımız, yandı çəmən,Yamyaşıl bağlarımız oldu xəzan,O bizim al günəşin örtdü üzünBürüdü zülmət, işıldanmadı dan!

Xanlığın baxma donu qırmızıdır,O bu, ya el obanın al qanıdır!O bizim varlığımızla döyüşər,O bizim şerimizin düşmanıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland