Yenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.İndi Savalanın başının üstəSıxıb gözlərini buludlar ağlar,dağlar, a dağlar.

Saldınız yadıma ötən günləri,Necə gözəl imiş Vətən günləri!Hərdən xatırlaram həmən günləri,Sanki gözlərimdə qaynar bulaqlar,dağlar, a dağlar.

Çapanda atımı üzüyuxarı,Başıma qonmuşdur Səhəndin qarı;İndi gördüyünüz bu ağ saçları,Yadigar vermişdir mənə o çağlar,dağlar, a dağlar.

Qoy deyim səsimi eşitsin aləm,Qürbət ölkələrdə yüz il də gəzsəm,Vətən torpağının həsrətindəyəm;Xəyalım uzaqdan sizi qucaqlar,dağlar, a dağlar.

Məni unutmayın, dönəcəyəm mən,Əlimdə bənövşə, lalə, yasəmən,Keçib Sərdavadan, Vilədərədən,Yanımda tanışlar, dostlar, qonaqlarSizinlə görüşə gələrəm, dağlar,dağlar, a dağlar.

Kislovodsk, 1958

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring