Zərli qanadını açaraq yenəDe, hara uçursan, hara, kəpənək?Hamı heyran qalmış gözəlliyinə,Üstünün xalları qara kəpənək,De, hara uçursan, hara, kəpənək?

Bahar bəzədikcə çəməni, bağı,Quşlar budaqları eləyir məskən.Öpür ayağını gülün dodağıQönçədən-qönçəyə hər qonanda sənQuşlar da budaqda eləyir məskən.

Nə qədər xoşbəxtsən, şair, sənətkarAdını bülbüllə çəkir yanaşı.Nə nəğmən, nə də ki, gözəl səsin var,Fəqət çiçəklərin yaxın sirdaşıBülbüllə çəkilir adın yanaşı.

Bəlkə də hamıdan böyükdür dağın,Bu dərdin, sevincin kimə bəllidir?Bəlkə güldən-gülə uçub qonmağınSəninçün ən böyük bir təsəllidir,Bu dərdin, sevincin kimə bəllidir?

Bəlkə min arzun var, min diləyin var,Hanı təbəssümün, göz yaşın hanı?Bəlkə qəmlə dolu bir ürəyin var,Dərdini söyləsən tutar dünyanı?Hanı təbəssümün, göz yaşın hanı?

Çəməndə oynayan körpə uşaq təkUçursan, uçursan dinclik bilmədən.Arzunu duymayır bir gül, bir çiçək,Dinib danışmırsan bircə kəlmə sənUçursan, uçursan dinclik bilmədən.

Sözlərim dəyməsin incə qəlbinə,Anıram hər səhər, hər axşam səni.Könlünün sirrini aç, danış mənə,Axı mən şairəm duyaram səni;Anıram hər səhər, hər axşam səni.

Zərli qanadını açaraq yenəDe, hara uçursan, hara, kəpənək?Düzü, heyran oldum gözəlliyinə,Ey üstünün xalı qara kəpənək,De, hara uçursan, hara, kəpənək?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring