Qaya üstündə tək çinar...Meşədə min-min.Meşədən keçsəm dəgözlərim qayada qalmış mənim.Görəsən, orada necə bitmiş o?Bəlkə bir əkən olub?Görəsən, nə zamandan bərielə vüqarla durub?Görəsən, neçə nəfəri yoldan edib,Neçə kitabda adı, nişanı var?Görəsən, necə qalır tənha?Axı nə bir həmdəmi,nə də hayanı var.Görəsən, meşədə bitsəydi nə olardı?Adi çinarlardan biri,Nə əqli heyran edərdi,nə də nəzəri.Nağıllardakı kimisusuz bir səhrada bitəydi bəlkə?O zaman,yorğun bir dəvə karvanı,çinar altında bulaq,bir də sərinlik – kölgə...Necə də qəribə olardı.Yox!Nəyə lazım bu sadalamalar!Bütün bu təkrarlardan qaçaraq yeqinson nöqtəsini fəth etmiş zirvəliyin.Adicə doğulsa da,adicə yaşamayıb o.Çinar adını daadicə daşımayıb o.Nə gəlişindən xəbər tutan,nə də gedişini bilən ola.Birinin kölgəsinə sığına,o birinin günəşini əlindən ala.Yox, belə olmadı o.Çürüyə-çürüyə yaşamaqçünhəyata gəlmədi o.Nə zaman ki doğulduqayaya vüqar verdi,zirvəyə əzəmət.Görünüşü də nemət oldu,həyatı da nemət.Ruzgara sinə gərib zaman-zamannə əyildi,nə də qurudu.Durdu,

vüqarla durdu!Kim bilirbir gün vüqarla da sınacaq yəqin.O zaman buradan keçənlərinyenə nəzərləri çevrilibqayaya sarı,deyəcəklər:– Bu qaya başında bir çinar vardı,neçə illər idi vüqarla yaşardı...

Krım, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets