“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!Onun alovu ilə, olur nəmudar:Yarpaqlarda şölə, suda işıqlar.Əzəli cadudur qırmızı günəş,Ondadır tufanlar, ondadır atəş.Qanımızda vardır atəşdən əsər,Bizi tufanlara, oda sürüklər...Yurdumuz “Od yurdu”, günümüz odlu,Həyatımız qanla, atəşlə dolu!Qanda, od olmasa qızışmaz ürək,Günəş yandırmazsa açılmaz çiçək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland