Otur evdə, bürün kürkəDağda vardı boran, şair.Qarabağda xalan varmış,Xalan sənə qurban, şair.

İşıq gördün o taylardaSən də sönük çıraq yaxdın.Gündən yanan zəmi gördünBulud olub, şimşək çaxdın.

Bilirsən ki, yurdumuzdaQıvrılıbdı yad əjdaha.Nədən bizim şəhri hərif,“Bəla gərdən” etdin şaha?

İllər boyu yurddan uzaqAzdırmışdı şeytan səni.Ey yaramaz, səni duydum,Girov qoydun gər vətəni.

O taylılar sazın döydüTürk dilində sözün gördü.Bu taydakı ellər isəAydın “iki üzün” gördü.

Duydum təbin güllənibdir,Bizim dildə qoşman boldu.Ağlayaraq demisən ki:“Göz yaşımdan Araz doldu”.

Hansı Araz? O Araz ki,Qərq olubdu qızıl qanda.O Araz ki, qan ağlamışFridunlar asılanda.

Get, aşnalıq qatma artıqYad sənindir, sən də yadın.Yaslı payız üz verirkənCəlladları alqışladın.

Burax aşsın, daşsın Araz,Sən get şaha mədhiyyə yaz.El düşmanı, dil düşmanıGəl aldatma el-obanı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland