Tarixin əgər dəftərin açsan, görəcəksən,Hər babı və hər fəsli qızıl qanla boyanmış!Bir neçə qızıl qübbəli məbəd tikilirkən,Xalqın evi uçmuş başına, xərməni yanmış.İnsan ki, həyat fəlsəfəsin anlamaz oldu,Dünyada, o əfsanəyə, əfsunə inanmış.Şəhanə saraylarda gecə toy tutulanda,Bir çox qapılar qəmlə və matəmlə qapanmış.Gördünmü, sürü içrə gedən qurdu? Amandır!Bax, quyruğuna, gözlərinə, sanma çobanmış,Əsrin o qan dayəsinə söylə ki, bir də!Artıq demə laylay ki, yatan ellər oyanmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland