I

Bir ərəb sarayıdır, qapılar oyma-oyma,Önündə mərmər hovuz, üstündə yaşıl asma.Qübbələr göy çinidən, buludsuz göyə bənzər,Röya tək aynalarda al-əlvan kölgə gəzər.

Tuncdan bir avizə iki qübbədən asıldı,Salona zinət verən qırmızı bir xalıdı.Minalı qəndillərdən tökülür altun işıq,Hovuzun sularında işıqlar qırıq-qırıq.

Ud çalır səmra bir qız, gözəldir, yoxdur əşi,Xəlifə məsənd üstə, seyr edir uca ərşi,Açılır hər tərəfdən qapılar birər-birər,Görünür rəqqasələr, biri ağ, biri əsmər.

Ud səsi ucaldıqca başlanır ərəb rəqsi,Şənlədir Xəlifəni qızların incə səsi.Sanki ay tülu edir, pərdələr açılınca,Görünür gözəl saqi, şəhla göz, boyu uca.

Diz çöküb şərab tökür büllurdan qədəhlərə,Xəlifə məbhut qalır baxdıqca o dilbərə.

II

Bir aydır vahələrdə çöllərdə külək əsir,Ac qalıb, susuz qalıb, hər yerdə qəbilələr.Əmirin adamları yol kəsib, soyur karvan,İstəyir ağır vergi bədəvi yolçulardan.

Hər yerdə yırtıq çadır, hər yerdə çoraq kəndlər,Hər yerdə solğun bostan, hər yerdə quduz itlər.

Şəhərdə nə bir həkim, nə də bir məktəb vardır,Bu zəngin məmləkətdə ellərə ərsə dardır.Satılıb əcnəbiyə ölkənin sərvətləriMillətə divan tutur şapqalı bir sərsəri.

Ellərin var yoxunu oğurlayır hər gün əmir,Bir xoruz oğrusunun Mir Qəzəb əlin kəsir.Hər gün bir tufan qopur, dünyanı zülmət bürür,Min ildən qalma qanun ölkədə höküm sürür.

III

Qəbilə yas içində, sarayda şənlik vardır,Üfüqsüz bu çöllərdə ellərə ərsə dardır...Gecədir, yurdlar içrə çörək yox, çıraq yoxdur,Sarayda lampa yanır, süfrədə yemək çoxdur.

İçilən qızıl meylə qonaqlar dağlaşırlar,Ən gözəl göbək üçün xanımlar bağlaşırlar.Yarıdan keçmiş gecə, həqq quşu təsbih edir,Qaraşın bir gözəllə əmir də qalxıb gedir.

Yatağa girir əmir, sarayda yatır hamı,Uzanır incə bir əl söndürür qızıl şamı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland