Keçən xatirələr
Keçən xatirələr yanar od kimi,Könlümü yandırar, yanıram hər gün.Ümid mənə deyir: – Qalx göylərdə uç.Yas söyləyir mənə: – torpaqda sürün.Torpaqda sürünmək mənə yaraşmaz,İşıqlı ürəyə zülmət dolaşmaz.
Qaranlıq gecədir, düşünürəm mən,Yazda boyanardı bizim göy kövşən.Heç olmasa gecə evdə, ocaqda,Lampa gül açardı, yappa yanardı.Elin toxuduğu fərşə baxarkən,Palçıq evi insan cənnət sanardı.Heç olmasa gecə damda yatarkən,Dan işıqlanmadan gülərdi ülkər.Samavar qurulub güllü həyətdə,Süfrəyi döşərdi tazə gəlinlər...
Heç olmasa hər gün qalanıb təndir,Gül yarpağı kimi çörək bişərdi.Bozbaş bişsin deyə cavan anamız:Əyilib təndirə külü eşərdi...
Heç olmasa hər il xırman üstünəBəzarlar gələrdi, çərçi gələrdi...Payızda və qışda cavan qızlaraUzaq-uzaq eldən elçi gələrdi...
İlk bahar gecəsi evdə yatarkən,Ay işıq salardı, nəsim əsərdi.Karvan kənddən çıxıb yüklü, yapılı,Gün doğana qədər mənzil kəsərdi.
Doğrudur ki, kəndli deyildi məsud,Həyatımız əsrə uyğun deyildi.
İl keçdi, gün keçdi bir səhər çağı,Heç çağırılmamış qonaqlar gəldi.Bizə çit verib və şüşə bilərzik,Bizdən xalı, xalça, cecim aldılar.Birisin gətirib ərbab etdilər,Bizləri də qara günə saldılar.Çeşməmiz, çayımız qurudu o il,Aclıq düşdü kəndə, köçdü Kərəmgil.Biz də köçüb getdik Təbriz şəhrinə,Şəhərlərdə iş, güc var idi yenə.
Şəhər də bir böyük kəndə oxşardı,Evləri palçıqdan, yolları torpaq.Orda qayırardı dəmirçi babaBiçinçilər üçün dəmirdən oraq.Şəhərdə işçilər bez toxuyardı.Dükanda çörəkçi çörək yayardı.Şəhər ətrafında sular axardı.Su dəyirmanları işlərdi hər gün,Şəhərin bağlarında yazda, payızda,Almanı, alçanı qızardardı gün.
Bir gün ki, Təbrizə ağır qar gəldi,O “çağırılmamış qonaqlar” gəldi.Onlar dənizi aşıb gələnlər,Şərq uşaqlarının dilin bilənlər,Gördülər ki, boşdu şəhərdə meydan.Xəlqə çit satdılar, şəkilli fincan.Un fabriki verib, yatdı dəyirman.Çeşmələr qurudu düşdü sədadanBez toxuyanlar da işdən qovuldu,Atəşdə yanaraq külü sovruldu.
Yenə necə olsa şəhər içindəHəyat uyğun idi, dinc idi insan.Çöllərdə oxurdu qızıl səhrələr
Bağlarda bitərdi lalə və reyhan.Keçən xatirələr yanar od kimi,Yandırır içimi, yanıram bu gün.Bu bir dastan idi, yadlara aid,“Yad” sənə “yaşıl bağ” göstərsə düşünBilirsən nə verdi bizə “qonaqlar”?Aynalı tüfənglər, kəskin bıçaqlar.Parlaq büllur ayna, çıraq, avizə,O çıraqlar verdi atəş Təbrizə.
Ellər köçdülər də, boş qaldı yurdlar,Basqın etdi şəhrə qan içən qurdlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-kecen-xatireler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Eşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
YağışYağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Görəli ol mah yüzün, başıma yüz sövda düşərGörəli ol mah yüzün, başıma yüz sövda düşər,Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.