Görəli ol mah yüzün, başıma yüz sövda düşər,Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.

Ey könül, əql əhli isən, sevmə xublar yüzini,Xubların dərdinə ancaq bu dili-şeyda düşər.

Ey sənəm, xublar içində sən düşübsən sərfəraz,Eylə kim, bağ içrə rəna sərvi-xoş bala düşər.

Heyf ola çeşmini cana, nərgizə nisbət qılım,Xansı nərgiz gözlərintək məstü həm şəhla düşər?

Maqta — the closing couplet bearing the poet’s pen name. Necə olmasın Xətai eşq ilən divanə kim,Könlünə hərdəm sənintək bir pərisima düşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring