Hali-dilimni bəndədən ol yarə söyləniz,Hicr oxu bağrımı necə bir yarə, söyləniz.

Əhvalimi sorarsa mənim ol cəfalı yar,Zarü nəzarü xəstəvü avarə, söyləniz.

Gülgün yanağların ğəmü cövrü cəfaləri,Qıldı həvalə bağrımı yüz xarə, söyləniz.

Çox möhnətü cəfanızı çəkdim, vəfa xanı?Ğəm həddən ötdü, dilbəri-ğəmxarə, söyləniz.

Səhrayə saldı ahuyi-çeşmin Xətaini,Ol buyi-zülfi, nafeyi-tatarə söyləniz.

Qəbai fəqrü Fənadır qümaşi-faxirimiz,Ğəriqi-badeyi (ğəmdir) libasi-zahirimiz.

Qapunda nola məhü mehrə baş əgməz isəm,Fərazi-künküreyi ərşdir şəha, yerimiz.

Xudayə şükr, əcəb rahətü səfamız var,Bir oldi dust ğəmindən dərunü zahirimiz.

Ğubar dəhri-dənidən kədərpəzir olmaz,İmarət eylədi lütfin, şikəstə xatirimiz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nola tökərsəm eşikində, əşk xun alud.Xətai, simüzərə meyl edər əkabirimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love