Qalsın könül, yol qalmasın.
Gəl, könül, incimə bizdən,Qalsın könül, yol qalmasın.Əvvəl-axır yol qədimdir,Qalsın könül, yol qalmasın.
Ərənlər bizə busudur,Yalan söyləyən asıdır,Bu, gerçəklər nəfəsidir,Qalsın könül, yol qalmasın.
Baxçada açılan güldür,Mə’nayi söyləyən dildir,Pəs əzəldən qədim yoldur,Qalsın könül, yol qalmasın.
Başındadır altun tacı,Budur ərənlər me’racı,Kəskindir yolun qılıcı,Qalsın könül, yol qalmasın.
Ey divanə, ey divanə,Aşiq olan qıyar canə,Xətayi der Taclı xanə:– Qalsın könül, yol qalmasın.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-qalsin-konul-yol-qalmasin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,