Mişdi
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Mən deyirdim ki, deyim birdə kəlami-ürəfa,Dəxi zikr eləmiyəm hərzə-vü hədyan, Mişdi
Mən deyirdim ki, şikar eliyim ahuyi-Xötən,Yəni səyd eləmiyəm rubəh-ü dovşan, Mişdi
Neliyim, yoxdur əlacım, gənə qoy həcv eliyim,Çünki ovqatımıza doğradı soğan Mişdi
Türkə məsəldi deyirlər: yetişəndə əcəli,Dolaşır çöp-çobana bir nadan Mişdi
Sübh tezdən götürəndə əlinə carubı,Sanasan Şimr yığıbdır ələ peykan Mişdi
Qoltuğunda dağarı, önlüqə ilə yönələr,Elə bil qarətə üz döndərib ədvan Mişdi
Zərbə tab edə bilməz, görə Rüstəm ki gələr,Əldə gürzi, çuvəcə, təhnəsi qalxan Mişdi
Yalayıb ard dəyirmanı, əcəb səmri misən,Belə qalmaz sənə də gərdişi-dövran, Mişdi
Hər yetən Kərbəlayı, Məşədi olsaydı əgər,Hamıdan əvvəl idi Şimri-bədərkan Mişdi
Pis üzün getdi Xorasanidə, bədnam elədi,Tükürübdür üzünə şah Xorasan Mişdi
Ləqəbi Şimr, adı Əbdullah, iki dəfə gəlib,Birisi Kərb-ü bəlaya, biri Alan Mişdi
O imamın özünün qatili bu şiə sənin,Buna şahiddi qamu dinçi nalan Mişdi
Sənə bir sikkə vuram həcv ilə tə həşrə kimi,Sikkəsin məhv eləyə bilməyə suhan Mişdi
Bundan artıqda səni həcv qılardım, ammaOlasan çakər Əhmədbəyə qurban Mişdi
Kitabxana.az · https://kitabxana.az/en/works/kebirli-molla-heyder-misdi
Poems by other poets
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Mehmanxanada1Mehmanxana nömrəsi...
Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!