Bir gözəlin vücudunun şəhrinə,Bax, nəzər eylə də həmən arif ol.Dükanında dedigin mətaınaBax, nəzər eylə də həmən arif ol.

Seyr et özgə ərənləri görəsin,Təbib sarar yürəgimin yarəsin.Çərb eyləmə məhəbbətin çırasin,Bax, nəzər eylə də həmən arif ol.

Hərcayi gözələ qoşma başını,Hərcayilik edib atar daşını,Müştəri bulunsa söz qumaşını,Bax, nəzər eylə də həmən arif ol.

Xətayim der: – Rəhm etməzəm yalana,Özün təslim edər kəndi gələnə,Ay Əlidir, gün Məhəmməd bilənə,Bax, nəzər eylə də həmən arif ol.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets