Bu gün ələ almaz oldum mən sazım
Bu gün ələ almaz oldum mən sazım,Ərşə dirək-dirək çıxar avazım,Dörd şey vardır bir qarındaşa lazım,Bir elim, bir kəlam, bir nəfəs, bir saz.
Gözəl elim çıxsa, çıxsa, salınsa,Bədir aylar kimi doğsa, dolunsa,Dörd şey vardır bir qarındaşa lazım,Bir xeyir, bir şər, bir ibadət, bir niyaz.
Yaz olunca çayır-çəmən üstünə,Ərməğan sunarlar dostu-dostuna,Dörd şey vardır ovçu almış dəstinə,Bir şahin, bir doğan, bir əspir, bir baz.
Cahil olan söylər, sözünü bilməz,Meydana gəlincə özünü bilməz,Dörd şey vardır cənnət yüzünü görməz,Bir münkir, münafiq, bir Yezid, qanmaz.
Şah Xətaim aydır: — Sən qulun nedər?Gözəl dünyasını tərk edər gedər,Dörd şey vardır ildən-ilə dövr eder.Bir aydır, bir gündür, bir qışdır, bir yaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-bu-gun-ele-almaz-oldum-men-sazim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Çiçəklər iclasdaÇiçəklər iclasa birinci gəldi;Onların ətirdən sözləri vardı.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.