Həqiqət bir gizli sirdir
Həqiqət bir gizli sirdir,Aça bilirsən, gəl bəri.Küfr içində iman vardır,Seçə bilirsən, gəl bəri.
Açıldı cənnət qapusu,Ləlü gövhərdir yapusu,Qıldan incədir körpüsü,Keçə bilirsən, gəl bəri.
Canımız mələk canıdır,Tənimiz Səlman tənidir,İçdiyim arslan qanıdır,İçə bilirsən, gəl bəri.
Pirimdən öyüd almışam,Ustadımdan dərs almışam,Mən qanadım bağlamışam,Uça bilirsən, gəl bəri.
Mən bağçaların güleyəm,Ayini-cəm bülbülüyəm,Qırx qapunun kilidiyəm,Aça bilirsən, gəl bəri.
Şah Xətayim eydür: həman,Dağları bürüdü duman,İştə İncil, iştə Quran,Seçə bilirsən, gəl bəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-heqiqet-bir-gizli-sirdir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbCahan tavar olsun, yar əğyar olmasın, yarəb
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
GülxanımDünən bir gözəl görmüşəm,Adı Gülxanım, Gülxanım.
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.