Gedər
Qarşıdakı qarlıca dağı gördünmi?Yoldurmuş əyyamın, əriyib gedər.Axan sulardan sən ibrət aldınmı?Yüzünü yerlərə sürüyüb gedər.
Qadirsən, ey ulu şahım, qadirsən,Hər nerəyə baxsan, onda hazirsən.Üstümüzdə dörd guşəli çadirsən,Cümləmizi birdən bürüyüb gedər.
Sıra-sıra gələn ol ulu quşlar,Sirli olur, yaxmaz onu günəşlər,Əvvəl-əzəl meyvə verən ağaclar,Onlar da qalmayıb çürüyüb gedər.
Dərindir bizim dəryamız, boylanmaz,Min bir kəlam desəm, biri anlanmaz.Kişi iqrarsız yollara yollanmaz,Yolları qoynunda yürüyüb gedər.
Şəh Xətayim söylər sözü özündən,Dərvişlərin sağınıbdır gözündən,Olur-olmaz münkirlərin sözündən,Əsriyib könlümüz, farıyıb gedər.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-geder
Use ← → keys to move, R for a random poem
More by this author
Ol sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.
Övliyadan hasil etdik eşq ilə sevdayi bizÖvliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.
Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdürPərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,Ucundan dürlü sevdalar xəti reyhanə düşmüşdür.
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olurPərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.
Poems by other poets
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Bədbəxt kor çocuqKarpat xatirələrindən*Dünya üzünə gəldiyi hala iki ildir,
BaxBu bivəfa, bu bivəfaDünyayə bax, dünyayə bax.
Yaşıllandı biçənəklərBaharın tər nəfəsindəGüllər xoş gəldi, xoş gəldi.