Övliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.

Dedilər ki, yeddi tamu zülmətin hicranidir,Olmadan ondan cahanda çəkdik ol ğovğayi biz.

Dedilər ki, səkkiz uçmaq, sirr olubdur zahidə,Pərdəsiz nur onda gördük cənnətül-məvayi biz.

Cənnət ilyindən içəri bir əcayib mülk var,Bihicab ol ildə gördük, pirim ol həmtayi biz.

Canü canan bilmişidik, küfrü dini biədəb,Qəreyi-ümmanə daldıq, keçdik ol dəryayi biz.

Neçələr talib olubdur bu hüma kölgəsinə,Çin elindən seyr edərkən bulduq ol hümayi biz,

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, dedi Tuba pirimin yek boyuna,Heydərin yüzündə gördük ol gülü rənayi biz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love