Cana, ğəmində gözlərimə su gəlür, gedər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Cana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.
Vəsl olmaz isə yüzünü görmək mənə müdam,Kuyindən, ey sənəm, mənə bir bu gəlür, gedər.
Bixab qaldı kövkəbə nisbət bu gözlərim,Hər gecə özgə gözlərə uyxu gəlür, gedər.
Ta görmədi gözüm səni, ey sərvboylu yar,Sənsiz həmişə gözlərimə cu gəlür, gedər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Miskin Xətai görmədi çeşmin kimi sənin,Səhra içində munca ki, ahu gəlür, gedər.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-cana-geminde-gozlerime-su-gelur-geder
Use ← → keys to move, R for a random poem
More by this author
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədirŞəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?
Ta camalın nuri çeşmimdən nihan olmuş dururTa camalın nuri çeşmimdən nihan olmuş durur,Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur.
Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuzTa düşübmən eşqinə, hicrində mən zarəm hənuz,Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz.
Poems by other poets
Quşa sərhəd yoxdur, kaş quş olaydım,Arazı uçaraq keçmiş olaydım.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
AzalarmolaAy ağalar, bəylər, duran qazılar,Bu dərdlər sinəmdən azalarmola?