Quşa sərhəd yoxdur, kaş quş olaydım,Arazı uçaraq keçmiş olaydım.Arzular illərdir izləyir məni,Sərhəddə bir çinar gözləyir məni.Orda xan çinara qonaydım bir an,Min qüvvət alaydım budaqlarından.Ata ocağımız, həyətimizdəUşaqlıq qoynunu açaydı mənə,Geriyə dönəydi cavanlıq yenə.Anam gözlərində sevinc, həyəcan,Qarşıma çıxaydı bir anlıq fəqət,Məni tərk edəydi bir gün bu həsrət.İllərdir arzular izləyir məni,Sərhəddə bir çinar gözləyir məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets