Saqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.Yad etməyir nigarım, öldürdü intizarım,Gözdən xəyalı getməz bilməm neçə zamandır.Hicrində hər gün oldum zülfü kimi pərişan,Qəlbim fəraq əlində, həsrət əlində qandır.Ey gül, səhər mehilə göndər peyam yarə,Gəl bir soruş, qəmindən, gör bu nə imtahandır.Soldu ömür baharım, əl çəkməz intizarım,Qəlbim evimdə bir də ümmid şəmi yandır.Rüsvayi eşqin oldum, sən bilmədin, vəfasız,Gəl, ey külək, çəkinmə, halımı yara qandır.Söylə ki, aşiqim çox, meylimsə kimsəyə yox,Qəlbim evində bir o, ancaq o, hökmürandır.Şəmtək əlində eşqin Billuri sızlayandaQəlbim yenə vüsalə, ümmidə aşiyandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love