Sürgün
Yenə dalğalanır ürəyimdə kin,Ah, dostlar duysaydı ürəyimdəkin...Mənim də hissim var, duyğularım var,Mənim vətənimdir o yanan diyar,Mənim qardaşımdır çəkilmiş dara;Onun saf könlünə vurulan yaraMənim də qəlbimi parçalayaraqİntiqam hissini artırır ancaq.
Mənimdir o yanan dudiman, görün!..Mənimdir dağılan xaniman, görün!Mənimdir o torpaq, mənimdir o daş.Əzəldən mən idim onlara sirdaş.Mənimdir qartallar qopan qayalar,Mənimdir dərələr, çaylar, obalar.Mənim öz bacımdır o qəhrəman qız,“Cinayət” adıyla onu asdınız.Haqq deyən çürüyür zindanınızda,Vətənini sevən boranda, buzdaCan verir acından, soyuqdan yenə.Nələr etmədiniz əziz vətənə?..Bir zaman quldurlar yatağı olanCəhənnəm timsalı Buşehr, Abadan¹Bu gün məskən olub qəhrəmanlara,Vətəndən sürülən mərd insanlara,
Gül üzlü körpələr Qişmdə² hər anAcından, zülümdən istəyir aman.O fəryad səsini eşidirəm mən,Canlanır gözümdə hər an el, Vətən.Deyirəm sözümü budur, aşikar,Eşitsin səsimi mənim hər diyar.Nə qədər qan gəzir damarlarımdaBiganə³ qoymaram öz diyarımda,Kəsərəm yurduma uzanan əli –Budur ürəklərin arzu, əməli.Bunu tələb edir oturan yalqızQəmlər otağında analarımız.Vətənin eşqilə yaşayıram mən,Ölsəm də vermərəm onu əlimdən!Qoymaram zərbələr dəysin elimə,Gərək sahib olum ana dilimə.
¹ İran şəhərlərindəndir.² Cəzirə adıdır.³ Yad mənasında.
Əlimlə uçurub qara zindanıGərək azad edim Azərbaycanı!Ölkəmdə qalmasın zülmdən nişan,Gərək tez dəyişsin bu köhnə dövran,Gömülsün torpağa kədər, qüssə, qəm,Elin çöhrəsində görməyim ələm.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-surgun
Use ← → keys to move, R for a random poem
More by this author
Dərdə düşüb könül yenə dərmanım arzular,Tənha qalanda yari-nigahbanım arzular.
Saqi xumari-eşqəm, bir mey gətir, amandırSaqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.
Gəl bir də görüşəkGəl bir də görüşək, bir də görüşəkUzaqdan-uzağa vurğunlar kimi.
Xəzərim mənimMənim gözəl dənizim,Doğma Xəzərim mənim