O günün arzusuyla
Saçlarıma dən düşür,Deyəsən erkən düşür.Ömrümün zirvəsinə,Duman enir, çən düşür...Məni vaxtsız qocaldırVətənimin həsrəti.Çöhrəmdən uçub gedirGəncliyin təravəti.Lakin qəlbimdə ilhamCoşur yenə dəniz tək.Nə qədər ki, mən sağamO ilham sönməyəcək!Qoy düşmən sevinməsinÜrəyim susmuş deyə.Yox, mən öz varlığımıVətənimə hədiyyə,Xalqa qurban demişəm!Mən hər zaman demişəm:Qəlbim kül altındakıYanar odu yandırar;Bir gün şölələnərək,O od yaxıb, yandırar.Bizim də obalaraAğ günlər gəlsin gərək,O günün arzusuylaYazıb-yaradır ürək.Dekabr, 1956
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-o-gunun-arzusuyla
Use ← → keys to move, R for a random poem
More by this author
Təbriz küçələrində gəzir bir dəstə uşaq.Səhərdən axşamadək gəzir, dolanır, ancaq
QocalıqHər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:
Dəniz haqqında balladaDənizin əzəmətinə daldım,Qüdrətinə heyran qaldım,
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*
Poems by other poets · Homeland
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
ŞükürlüyükTorpaq milyon illər yaşayar, susar,üstündə hər nə var qoynuna gedər.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?