Dənizin əzəmətinə daldım,Qüdrətinə heyran qaldım,Qollarımı kəmənd etmək istədimKişnəyən dalğalarına.Baxdım qürununa, vüqarına,Dedim: – Ey dəniz!Sənin kimi təmiz,Nəhayətsiz,Güclü olmaq istərdim,Sənin kimi romantika ilə dolmaqİstərdim.Qəlbim çoxdan bağlıdır sənə,Əzəmətindən, qürurundanBir pay ver mənə...Kükrədi, daşdı,Başımdan aşdı,Güclü dalğalarınıÇırpdı üzümə.Şor sularınıDoldurdu gözümə.Vurub məni yıxdı,Çəkilib uzaqdan baxdı.Sinəmə, qollarıma, başıma axdı,O yıxdı,Mən qalxdım,

Başımda ildırım kimi çaxdı,Mən qalxdım.Vurub məni yumağa döndərdi,BaşımaZərbəni zərbə üstdən endirdi.Qəhqəhə çəkib dedi:– Ey insan,Səni yıxmaq, boğmaq, məhv etməkDeyildir asan,Öz gücünə inan...Sən güclüsən məndən.Təmizlik, vüqar sənin canında,Qaynar həyat eşqi qanında,Yaşa, yarat.Səhər, axşamGülab sularıma bat.Güc istəmə məndən,Sən güclüsən...QoynumdaBir əl-qol atan görəndəQınama məni,Mən, qadirin dostuyam,Acizinsə düşməni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets