Ocağın odu olmasa,Kişinin adı olmasa,Evin fərhadı olmasaBelə qapını kim açar?

Kişi hər gün yeyib-yatsa,Yuxuda ömür uzatsa,El içində adı batsa,Arvadı evindən qaçar.

Ər olan işdə ər olsa,Təxəllüsü hünər olsa,Sözü şirin, şəkər olsaQapısını bəylər açar.

Arvadı qeyrətsiz olsa,Kobud, nəzakətsiz olsa,Qonağa hörmətsiz olsa,O evdən bərəkət qaçar.

Kişi igid, nər olsa da,O, ər oğlu, ər olsa da,Şaha bərabər olsa daO arvadla olar naçar,O evdən bərəkət qaçar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets