Məsul işə qoyuldunOğul, işin mübarək!İnsanların dərdinəTəbib olasan gərək.

Bil, ay oğul, nəçisən:Sən xalqa xidmətçisən.

Unutma ki, burayaSən ağa gəlməmisən,Yeməyə, kef çəkməyə,Yığmağa gəlməmisən.

İşi dara düşənəSən təbib ol, o xəstə.Yaxşı təbib boz üzləGəlməz xəstənin üstə.

Yerə dikib gözünü,Çox bozartma üzünüİşi səndən keçənə.Müdriklərin taleyiTapşırılmışdır sənə.

Yaxşı düşün nəçisən:Sən xalqa xidmətçisən.Vəzifəyə çatmısan,Yağa, bala batmısan,Sanma, ali bir zatsan,Xalqın diliylə desək:Sən məmur, bürokratsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland