Ev tikdi, bağça saldıQuru yerdə bir kişi.Qurub, yaratmaq olduDaim onun vərdişi...

Günün günorta çağıQonşu yuxudan durdu,Xeyli dinməz oturdu...Əsnədi bir xeyli vaxtGərnəşdi tənbəl-tənbəl...Qışqırdı: – Hardasan, baxt?!Keçdi, getdi xeyli vaxt...Durdu işə başladı,Qoydu bir evə təməl.

Ancaq bir az işlədi,Düşdü həvəsdən kişi,Yedi, uzandı, yatdı...Yarımçıq qoydu işi.

Ömrü boyu ev tikib,Bağ salana küsəndi.Bunu siz deyin indi:Bu nə sayaq kişidir?Qurub, yaratmaq baxtın,Yoxsa onun işidir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets