Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran olduNövi-adəm ilə bildi ki iş asan olduNaqəhan düşmən-i bədxah nümayan olduKeçdi əyyam, gözüm, gör neçə viran oldu

Mülki-Təbrizə o dəm basdı Şəqaqi ki qədəmBir tərəf Şahsevən mülhid-i bimәzhәb həmTarumar eyləyibən odladı, yandırdı o dəmTanrıdan oldu müsəllət bizə bu möhnət-qəmGün-bəgün işlərimiz ahilə əfğan oldu

Bir səhər buyurubən Eynəli dağını görəkSəf çəkən ləşkəri-əşrar Şəqaqini görəkO qorumsağ Əlixan mülhid yağını görəkOla aldı qoşun Bağmişə bağını görəkSanəsən canımıza atəşi-suzan oldu

Üz qoyub Təbrizə bildük bizə sərdar gələrBaxəbər oldu onlar Dənbəli, Əfşar gələrQoşunu keçə-nəmməd, həm səri-dəstar gələrDağılıb it kimi səhraya qara mar gələrBu həyasızlıq ilə gəldi bizə xan oldu

Xeymə-xərgah qurubən ləşkərin hər yan eylədiƏlixanı bəkləyib Təbriz həm xan eylədiNamübarək qədəmi ölkəni viran eylədiQalmadı kənd-kəsək malını talan eylədiBu böyük şəhərdə san bir yekə tufan oldu

Naqəhan düşdü gözüm Orduyə baxdım gözünəNə qoy zalım Pəsyan? Onun tüf yüzünəSan ki Şəddad ilə Fironun kimi məğrur özünəƏmr edib köçdü o dəm Şənb-Qazanın düzünəƏylənib bir neçə gün onda müqiman oldu

Biri napak Nəzər xan, pəlid, xanə-xərabÖzü şəb badeyi-gülgun ilə sərməst-şərabTəxti tarac eylədi, qalmadı həm şeyx və şəbabVerha-ver zülm Cavanşirə dəxi qalmadı tabDağılıb hər biri bir guşədə pünhan oldu

Pəhləvandır aradan eyləsin ol çərxi-fələkRuz-şəb halımıza bəs ki yanıb ins ü mələkXanımız xatiri qəmnak olub istərdi köməkXan-xanan cəhan yəni Nəcəf xan zirəkCəm edib ləşkərini xəlqə nigəhban oldu

Ruz-şəb dəsti-dua eylərdi Arif zarTökübən əşk gözündən necə kim əbri-baharNola yarəb bununla ola bu axır karHaliyə bu xan əla yerinə tapdı qərarŞükr lillah ki dəxi əmn ilə aman oldu

Random poem

Poems by other poets