Bir xalqın başında aqil, mötəbər,Tədbirli bir başçı durmasa əgər,O xalqı qurd nədir,Tülkülər yeyər.

Bir xalqın başında xalq, millətcanlı,Dönməz, cəsarətli, təmiz vicdanlı,Xalqlar arasında şöhrətli, şanlıBir başçı durmasa, sözündə kəsərO xalqın başını düşmənlər əyərOnu ac tülkülər, çaqqallar yeyər.

Aqilə, cahilə fərq qoymayanlar,Yeyib xalq malını heç doymayanlar,Bunu hardan bilər o kor vicdanlarBir xalqın başında bir ər oğlu – ərDurmasa əgər,O xalqı tülkülər, çaqqallar yeyər.

Sən ey Ər oğullar böyüdən millət,Sənə min təzim!Sənə min hörmət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland