Heç igid yolsuz olmasın
Vətən oğulsuz olmasın silsiləsindən
Fəhlə oğul!Şanlı əmək cəbhəsininİlk yolçusu sən olmusan,Sən yaradıb, yaşatmaqçün doğulmusan.Əzminə,İqtidarına!Əllərinin qabarına qurban olum!
Gənc tələbə!Gəncliyinə, qeyrətinə,Haqq istəyən millətinə qurban olum!
Kəndli oğul!Bar-bəhrəsi süfrəmizə bəzək olan,Şan-şöhrəti zəhmət olan, əmək olan,O arzuna, diləyinə,Sarı buğda çörəyinə qurban olum!
Zəngin vətən torpağınınÇırağını yandıranlar,Haqq işində mərd duranlar,Bizim qeyrətli cavanlar!Heç igid yolsuz olmasın,Qanadsız, qolsuz olmasın,Vətən oğulsuz olmasın!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-hec-igid-yolsuz-olmasin
Use ← → keys to move, R for a random poem