Sultanbudun bülbülləriHara uçub?Hanı o nəğməli səslər?Sultanbudun çiçəkləriHara köçüb?Hanı kölgəli vələslər?

Hanı o yaşıl talalar,Yuvada ətcə balalar,Hanı yemlikli talalar?Hanı o nəhəng palıdlar?Quşlar köçüb,Güllər solub,Gur bulaqlar quruyubdur,Yeri qəhər bürüyübdür,Nə göyünə bulud gələr,Meşələri talan olmuşBu “səhraya” yağış çilər.

Bu meşələr zalımların baltasıylaKəsilibdir, talanıbdır,Köksündə od qalanıbdır,Göy buludsuz,Yer çiçəksiz,Quş yuvasız qalıb burda.Kim qəsd etdi, kim bu yurda?Sultanbudun adı qalıb,Ürəklərdə odu qalıb.Sultanbudun fəryadınıEşitməyən qulaqlaraPambıq tıxansın!Sultanbudun fəryadını eşitməyəmAlçaqların ürəyi yansın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring