Varlığı həqiqət, yoxluğu yalan,Cavid! Ey ustadlar ustadı olan –Bizi çox saxladın intizarda sən,Bilmədik hardasan, ustad, harda sən?Qaldın illər boyu qışda, qarda sən.Yat, dincəl qoynunda Nəqşi-cahanın!Vətən torpağında qızışsın canın.

Səni çox axtardıq şamla, çıraqla,Bağlı qapıları açarlar haqla.Şükür ki, qovuşdun doğma torpaqla!Hökmü dəyişkəndir dövrün, zamanın.

Şairi əzizdir hər bir millətin,Dizi bükülməyib heç həqiqətin.Sözü məhkum etmək çətindir, çətin!Sən öldün, yaşayır şöhrətin, şanın.

Bəzəsin qəbrini vətən gülləri,Sənə layla çalsın bahar yelləri,Qurtardı şairim, həsrət illəri,Bağlandı yolları acı hicranın.

Ellər görüşünə gəlib, ey ustad!Sənin necə ruhun olsun daha şad,Sənə bütün millət olubdur övladAdın şöhrətidir Azərbaycanın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation