Anamıza ana deyən oğula

Sükutun sehirli pıçıltılarıDöyüntü səsiydi ürəyimizin,Sənin sifətində gənclik vüqarıQaranlıq gecədə şimşəkdi gözün.

Həsrət qaranlığı ümid işığıBir də ki gəncliyin öz yaraşığı –Sənə bir gözəllik vermişdi ki sən –Özün xəbərsizdin gözəlliyindən.

Otaq səssiz idi, susmuşduq biz dəSusmuşdu dərdimiz, sevincimiz də...Bizi bir sehirbaz dar mıxa çəkibHərdən üstümüzə alovlar tökübHərdən də bir sərin su çiləyirdi.Sənin gözlərinə gah zülmət çökübGah da dodaqların gülümsəyirdi.Mən sənə baxırdım, sən barmağımdaParlayıb yanan o yaqut daşına,Bəs niyə baxmadın, ey qəlbi incə,Gözümdə parlayan həsrət yaşına?

Ana həsrətinin kədər dumanıSənin də gözünü buludlandırdı.Ana yadigarı bu yaqut daşıXatirə oduna bizi yandırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation