Ürəyimdə nə sevginin odu var,Nə ağzımda yeməklərin dadı var.Günlərimin qəmlisi var, şadı var,Yaşayıram, dünya yenə gözəldir.

Bu dünyanın günəşi var, ayı var,Meşəsi var, bulağı var, çayı var,Xəyalımda bir gözəllik payı var,Yaşayıram, dünya yenə gözəldir.

Bu dünyanın aranı var, dağı var,İnsanların xəstəsi var, sağı var,Qarşımızda ölüm adlı yağı var.Yaşayıram, dünya yenə gözəldir.

Sonu olan planetdə yaşaram,Gah susaram, gah kükrərəm, daşaram,Aldadılmış bir uşağa oxşaram,Yaşıl yarpaq sabah sarı xəzəldir.Fani dünya niyə belə gözəldir?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets