Mirzə Həsən:Qönçə lətafətli, lalə üzlüsən,Məstanə baxışın, xumar gözlüsən,Şirin hərəkətli, şəkər sözlüsən,Yoxdur yer üzündə misalın sənin.

Aşıq Pəri:Dad eylərəm: haray naşı əlindən,Yandı cigər eşq atəşi əlindən,Mən nə deyim gözüm yaşı əlindən,Üzüşür sonalar, göllər oynaşır.

Mirzə Həsən:Etdikcə vəsfini Mirzə mükərrər,Təzələnib ruhum olur müəttər,Gülüstanda zülfün kimi müənbər,Nə süsənlər, nə sünbüllər oynaşır.

Aşıq Pəri:Adam var dolanır məkrin içində,Adam var dolanır zikrin içində,Sənin kamalın da içində,Əcayib, qərayib hallar oynaşır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring