Gəlib
Mirzə Can Ağadan dəsti-səxadanTiflis ölkəsindən bir nişan gəlib,İnam edib kilsənin üstünə,İ'caz, möcüzat xoş nişan gəlib
Görən pəh pəh dedi şövkət və şanə,Bizdə mail oldu qaşı kamanə,Alov alov şölə salıb hər yanə,Sanasan ki ləli-Bədəxşan gəlib
Namı car dır, yulduz kimi səkridi,Yeddi çıraq çar tərəfin bürüdü,Görməsinə qız-gəlinlər yeridi,Neçə neçə zülfi-pərişan gəlib
Ehtiyat göründü, şamlar alındı,Toylar tutulub, şənlik olundu,Pak namaz qılındı, süfrə salındı,Çar tərəfi kəsdi məcmuan gəlib
Pərim, dərdi-pünhanın içində,Xal dolanır zənəxdanın içində,Sən bilirsən kilsənin içində,Ömrünə duaçı yüz min can gəlib
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-peri-gelib
More by this author
Poems by other poets
Hər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.