Aşıq PəriŞairi-sənsən zəmanə, mərdi-meydandan danış,Əzbər eylə dildə dəftər, cövhəri-candan danış,Yeddi yerdir, yeddi göydür, yeddi əzbərdən sual,Yeddi məna, yeddi qüslü yeddi gövhər həm kəmal,Yeddi bürcdə yeddi ulduz, həşt cənnət bimisal,Yeddi rəkət, yeddi imam, yeddi ərkandan danış!

MirzəcanSevmə sən əfsanəni, gəl, ey Pəri, yardan danış,Neylərəm üqba işin, sən kimi dildardan danış,Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual,Tapmışam bir mürşidi, kəsb etmişəm ondan kəmal,Çəkmənəm rizvan qəmin bu dünyada versən macal,Aşiqə cövr eyləyən yari-sitəmkardan danış!

Aşıq PəriYetgilən Qüdsi-Xəlilə miqdis ilə mahrasaƏqlini təğyir etdi, aldı sərdən kəlisa,Əzbər eylə hər saətdə zikri-Məryəm həm İsa,Gah İncil, gah Cəm-cəm, gah ərkandan danış!

MirzəcanTapmışam Qüdsi-Xəlili, mahrasanı neylərəm?Əldə təsbih ilə zünnarü əsanı neylərəm?Bu Pəri şeyda qılıb, həzrət Musanı neylərəm?Sevmərəm Tövrat, Zəburu, sən çalan tardan danış!

Aşıq PəriTapdığın tərsa yoludur, eyləmə zövqü həvəs,Badeyi-gülguna təhsin etməsin nitqü nəfəs,Qaidə-qanun budur qalü bəladən xaçpərəsÇağırar İsa, kəlisa göftügu candan danış!

MirzəcanMəndə can yox, eyləmə səyi-əbəs, bica həvəs,Mürği-can pərvaz edib, cismim qalıb xali qəfəs,Gəl mənə zülm eyləmə, naləm salır dünyaya səs,Aləmi qərqə verən bu çeşmi-xunbardan danış!

Aşıq PəriEy Pəri, oldu dili-şeyda rədifi-əlbəəl,Sən təriqətdən ötüb, ürfan yoluna qoy məhəl,Yəmdə mahi, göydə günbəd var Mərrixü Zühəl,Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış!

MirzəcanTapalı eşqin yolun bir böylə işi neyləriz?Əqlimiz heyran olubdur, dinü kişi neyləriz?Gəl edək zövqü səfa, molla-keşişi neyləriz?Mirzəcanı öldürən bu ah ilə zardan danış!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets