Eşitmişdik, qulluğuna yetişdik
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.Unutmayıb müsəlmanlıq şərtini,Matəm tutub bir insafa gələsən.
Bu işdə Qədirin varıdır rayı,Yetən kəslər ona deyir sevdayıAralığa düşüb məhərrəm ayı,Layiq deyil onda deyib-güləsən.
Yaxşı yetər imamı fəryadına,Belə işin ləzzəti nə, dadı nə?Adam bildik biz də gəldik adına,Adamlığı qanmayıbsan hələ sən.
Ey Pəri, təcil et sualında sən,Nöqsan yetiribsən kəmalında sən,İmdi zurna çalmaq xəyalındasan,Onu gərək axirətdə çalasan.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-peri-esitmisdik-qulluguna-yetisdik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dinləgil bu sözü ki, candır söz,Aliyü asimanməkandır söz.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.