Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,Bizə imdad verməz padşahzadə,Məgər tutulubdur yolu Gəncənin

Baydaqları burc üstündə qurdular,Tifil uşaqları hamı qırdılar,O zaman ki Cavad xanı vurdular,Sanasan qırıldı beli Gəncənin

Bayram gecəsində qalanı aldı,Dörd yanın çevirib qılıncın çaldı,Erkəyi qırılıb dişisi qaldı,Al qanə boyandı çöni Gəncənin

Gəncəli Həsənəm, yürəyim acı,Moskov fürsət tapıb çaldı qılıncı,Şəmşədinli, Qazax, Borçalı, Gürcü,Talayıb qalmadı malı Gəncənin

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland