Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.Dedim abad olsun, bülbül oynasm,Xar qovulsun güllərindən, ağlaram.

Hənalı barmağı, nazik əlləri,Görməz olduq dəxi kəsik telləri,Köçdü bizdən, iraq düşdü elləri,Göz kəsildi yollarmdan, ağlaram.

Xəstə olub yar yanmda qalmadım,Canan, sənə neçin qurban olmadım,Günahkaram, mən yolunda ölmədim,İntizaram yollarından, ağlaram.

Məhəmmədəm, bu zülmətdə qalmışam,Üz tutuban ayağma gəlmişəm,Gör iqlabım, necə şikəst olmuşam,Ayrı düşüb dillərindən, ağlaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love