Molla Suğra
Molla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!
Doqquz ildir rövzəxandır, bir kənizindir sənin,Rövzəsindən pinti Fatma eşqirizindir sənin,Ağladır atbaş Tükəzbanı, əzizindir sənin,Qılboyun Naznaz sənə saxlar müsibət, ya Hüseyn,Qalmış ərsiz altı aydır mö’min övrət, ya Hüseyn!
Dikburun Zeynəb dünən nəzr eyləmiş bir cüt corab,Telqraf Məhparə bir köynəklə olmuş feyziyab,Hər zadın vermiş qotur Xeyrənsə, dılğır Mahtab,Ərlərindən eyləyirlər indi sirqət, ya Hüseyn,Qalmasınlar molla Suğradan xəcalət, ya Hüseyn!
Nəzr qılmış sırğasın çinköz Tutu, türkmən Nabat,Bir kasa buğda gətirmiş şil Bəyim, kəlfir Həyat,Əyriqıç Telli bir arşın çit, qaz Həvva bir manat.Eyləmişlər molla Suğraya məhəbbət, ya Hüseyn,Yaxşı bir ərlə nəsib eylə ziyarət, ya Hüseyn!
Bir qoğal məşşatə Dilbər, dörd qaşıq yağ Külyetər,Pəhlivan Gülsüm bir az çay, bir kələm tın-tın Həcər,Hər nə çalmışsa qızıldiş Soltan evdən müxtəsər,Molla Suğraya edər bu yolda xidmət, ya Hüseyn,Bunlara eylə ziyarət ildə qismət, ya Hüseyn!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-molla-sugra
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır.*Cad** — Qovurur beynimi atəşli səma,
İkinci pərdəBir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*
Üçüncü pərdəVaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*
Dördüncü pərdəVaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Poems by other poets · Satire
Belə bir əsrdə kim elmİ-maarif günəşiÇacib öz nurunu hər bir təbəqat üstündə.
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.