Oturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.Hər kəlmə başında söylədin “mən”, “mən”.Hamıdan ağıllı özünü gördün.

Üzünə yalandan gülənlər oldu,Onlarla oturub, onlarla durdun.Büllur piyalələr boşaldı, doldu,Nitqlər söyləyib doyunca vurdun.

Ömürlük zənn etdin öz vəzifəni,Sandın qəbrə qədər keçəcək belə.Görmədin qəlbini yeyən düşməni,Günləri toz kimi sovurdun yelə.

Bir gün yadındamı, gözlətdin məni,Qəbul otağında saatlarla sən.İş vaxtı qurtardı, görmədim səni,Bundan zərrə qədər incimədim mən.

Üzünü turşutdun alanda salam,Ayağın altını görmədi gözün.Yanında alimlər sayıldı avam,Dərin quyu qazdın özünə özün.

Bax, indi atından enmisən yerə,Qaçıb məddahların dövrəndən, artıq.Bir adam olardın özünə görə,Vaxtında bunları görsəydin, yazıq!

Başından bu hava getməsə əgərÖmrün yollarında sürünəcəksən.Zülmət görünəcək gözünə səhər.Yenidən qurmasan həyatını sən.

Dədələr, babalar gözəl deyiblər:Vəzifə insana deyildir bəzək.Xalqın ürəyindən verərək xəbər –İnsan vəzifəni bəzəsin gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mikayıl Müşfiq

Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.

19695 min
Mikayıl Rəfili

Yorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.

196912 min
Hüseynqulu Sarabski

Səhnəyə, sənətə məcnuncasınaMəftunumuz təkdi, gəldi və getdi.

4 min
Əbülhəsən xan İqbal

Bu yaxınlarda bir alim dostumuz İran Azərbaycanının məşhur ustad xanəndəsi Əbülhəsən xan İqbaldan da bizə müjdə yetirdi. O, 100-ə yaxın yaşı olan bu müğənninin indi də gənclik təravətilə oxumasını sevinclə bizə bildirdi.Dostumuzu dinlərkən ordu sıralarında Təbrizdə olduğum günlər yadıma düşdü.

4 min

Poems by other poets · Satire