Ucuz xatirələr
Yaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,Bircə addım yan-yana getmədiyi adamdan,Bir süfrədə duz-çörək kəsmədiyi adamdanXatirə yazanların getdikcə artır sayı,Şöhrətli ölülərdən umurlar şöhrət payı.Yazırlar varaq-varaq,Bu sayaq, lap bu sayaq:“Göz önündən getməyir rəhmətliyin gözləri,Qulağımda səslənir qızıl kimi sözləri.Rəhmətlik miz dalında oturardı sübhədək,Yatağına girərdi səhər altı tamamda.Dostluğumuz hamıya bir örnək olsun gərək,Üzmüşük bir dənizdə, çimmişik bir hamamda.Yeyib-içməzdi mənsiz, deyib-gülməzdi mənsiz,Görüm ruhu şad olsun, şənlik bilməzdi mənsiz.Araq vurandan sonra içərdi ayran, qatıq,Bunlar tapılmayanda dostum deyərdi yandıq.
Adlı-sanlı olsa da, çox vüqarlı deyildi,Pul işinə gələndə, məndən varlı deyildi.Xatirimə gəlir ki, vaxt olub restorandaBir dəfə yox, yüz kərə cibinə pul qoymuşam.Əla ovçuydu dostum, ov zamanı arandaVurduğu dovşanları əllərimlə soymuşam.Xatirimi rəhmətlik istərdi dünya qədər,Onsuz keçən ömrümü çulğayıbdır qəm, kədər.Gərək, onun yerinə mən rəhmətə gedəydim.Bu mənasız ömrümü ona qurban edəydim.Göz önümdən getməyib o cığırlar, o yollar,Rəhmətliyin vurduğu turaclar, qırqovullar.Həyalı dostumdu o,Vəfalı dostumdu o.Yüz yaşaya bilərdi, əcəl vermədi aman.Qoy açım, bir sirri də, sağlığında, o zamanQurd kimi bu dərd mənim ürəyimi yeyirdi –Rəhmətlik ov itini məndən çox istəyirdi”.Bu şit xatirələrlə dolub qulaqlarımız,Dolub salonlarımız, dolub otaqlarımız,Mənə elə gəlir ki, qəm, qüssə çəkməz ürək,Bu cür xatirələrdən yaxa qurtara bilsək.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ucuz-xatireler
Use ← → keys to move, R for a random poem
More by this author
Bir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”
Qıra bilməzHər kim ki, sevir, sevgidən ölməz,Qəlbimdə coşan telləri heç vaxt
Vətən deyirəmBöyük anam vətənin qarşısında baş əyirəm,Uşaq kimi sevinib şənliyində al geyirəm.
Qələmdən gəlirOdlar ölkəmdəki bu yaraşıqlarKönlümün ən şirin, xoş nəğməsidir.
Poems by other poets · Satire
Göstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Təraneyi-əsilanəNə soxulmusan arayə, a başı bəlalı fə’lə?!Na xəyal ilə olubsan belə iddialı, fə’lə?!