Yad adam
Dəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.Təsadüfən mənə rast gəldi orda kök bir adam,Yaxınlaşıb dedi bərkdən ki: – “Bayramam, Bayram.Unutmusan, deyirəm, bəlkə məktəb illərini”.Məni qucaqlamaq üçün uzatdı əllərini.Qıyıq gözüylə süzüb alnımın qırışlarını.Bir azca baş buladı, sonra çatdı qaşlarınıDedi: “Qocalmısan, aşna, peşən nədir ki sənin?”Dedim ki, şairiyəm ellərin, azad vətənin.
Yamanca güldü mənə, bir qədər əl oynatdı,(Mənim peşəm ona, əlbəttə, büsbütün yaddı)Ədayla ağzını birdən açıb çuval kimi o,Bahar çağında xəzan oldu, sıxdı qəlbimi o, –– Şeir, meir nədir, ondan mənim başım çıxmazƏgər düşünsən əminəm özün üçün az-maz,Dəyişdirib peşəni bir adam olarsan sən,Doyunca kefə baxıb, yaxşı kam alarsan sən.Mənim təki bilirəm, onda bəxtin alçı vurar,Qapında əmrinə tabe beş-on qavalçı durar,Çalış mənim kimi ol, qaz vurub qazan doldur,Sənin yolun, görürəm, çox çətin, ağır yoldur.Həmişə gör özünü, məsləhət budur ancaq,Gedək vuraq gəl, əzizim, bir az səmimi olaq.Mənə qalırsa, bu yerdə sevinc deyil, qəm var,Gedək vuraq, mən ölüm – restoranda aləm var...Mən etiraz elədim, yox dedim, o pərt oldu.Mənim vüqarım onunçün yamanca dərd oldu.Bərəldərək gözünü çox çərən danışdı yenə...Vurunca sağ əlini lovğa-lovğa sol döşünə,“Mənəm, mənəm” dedi birdən cibində yüzlüklər,– “Vəziyyətin belədirsə, utanma... bir də əgərYoxunsa pul, qədəşin ölməyib, cibim doludur,Həyatda doğru yol ancaq bu dostunun yoludur...”Qəzəblə baxdım ona, “aşnamın” kəsildi səsi,Uzaq, uzaq – dedim ondan, zəhərlidir nəfəsi.
Onunla yan-yana atdıq beş-on ağır addım,(Gözümdəsə yenə min qat ucaldı şair adım).Onunla söhbətə yoxdu könüldə zərrə maraq,Ədası, tərpənişi fitnədən verirdi soraq.Hərif də duydu ki, daşmış səbir kasam artıq,Odur ki, yad kimi əl vermədən tez ayrıldıq;Onun “baharı” cibində, mənimki qəlbimdə,Onun “nigarı” cibində, mənimki qəlbimdə!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yad-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Kərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.*Durna**
Üçüncü pərdəKərimin həyəti. Ağaclıq, güllük, çiçəklik.*Durna ilə Lalə söhbət edə-edə gəlirlər.*
Gəldi-gedərDörd pərdəli komediya*İştirak edənlər
Birinci pərdəModalar atelyesi. Qorxmazovun kabineti. Otağın iki qapısı var. Ustalar, işçilər, müştərilər gəlib Qorxmazovu soruşurlar. Otağın koridora pəncərəsi də vardır. Qapıçı Dəmirov Qorxmazovu soruşanları bayıra çıxarır. Qorxmazovun başı üstündə bu şüar yazılmışdır:*“Əyninə paltar zakaz vermə çasni masterə,*
Poems by other poets · Satire
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Füzuliyə bənzətməMəndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?Abrunun nolduğun bilsəydim, ar etməzmidim?
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!