Hacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.

Kəbə vacibdi müsəlmanə bə fərmani-rəsul,İşbu fərman nə gözəl şeydi kim eylərsə qəbul,Mən müsəlman demem ol şəxsə edə bundan üdul,Ərş hamilleri hem Kəbeyə eylərlə hülul,Hacılar, ay hacılar, ay hacılar, hacılar,Qövmi-qüttali-ərəb verdi size vay, hacılar!

Kəbedən sizləro vacibdi, evət, hifzi-bədən,Etməyirsiz bədeni hifzi-müraat, nəden?Malü canı buraxırsız nedən, ey Kəbasevən,Kəbənİz düzmü, əgər ac yata övladi-vətən?Hacılar, ay hactlar, ay evi viran hacılar,Gündə min defe içər aileniz qan, hacılar!

Pah pür xöfv-xəter, qafİIə bir yarü müin,Gömülüb rikə, sizi eyləyər ərab, kemin,Qorxulu bir səfərə razımıdır sahibi-din?Haşalillah, belə bir hökmü sanam fərzül-eyn.Sanmayız firqeyi-ərabl müsəlman, hacılar,Yer üzündən buları məhv edə sübhan, hacılar!

Sizə ağlar dağınız, daşlarınız, gölleriniz,Bağlanıb qanə bələşmiş ip ilə qollarımz,Sodd olub rah-zananİ-ərəbə yollarmız,Baz edıb malınıza ağzmı konsullarmız.Sizi satmış bulara dövləti-İran, hacılar,Axçanızla dolacaq hər qəfə-şantan, hacılar!

Nazpərvər balamz kuçevü bazan gəzer,Ağlasmlarmı düşəndə yadına mehri-pəder,“Ata vay” naləsi çeksinmi bərader, xahər,Neylesin bunlan gördükdə yazıq bir madər?Oldunuz nafile siz qerqeyi-tufan, hacılar,Dəvələr halımza eyləyir əfğan, hacılar!

Hərəmi-Kəbəyə sükkani-səma hacibdir,Kebənin hökmü müsəlmanə, əvet, cazibdir,Mənce bu hökmü danan mürtəd, həm kazibdir,Kəbədən sİteyi-erham sizə vacibdir,Verseniz sileyi-ərhamə əgər nan, hacılar,Kəbəni lütf edəcekdir sizə yəzdan, hacılar!

-“Molla Nəsrəddin”, 11 yanvar 1914, N 1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire