Bir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”

Baxdıqca sorar, güzgüyə, canan, öz-özündən:“Dünyada gözəl varmı ki, məndən gözəl olsun?!”

Yüngüllərin ardınca dönüb baxmaram əsla,İstər ya sifətdən, ya bədəndən gözəl olsun.

Ey nazlı Vətən! Yox elə bir şey bu həyatdaSəndən əziz olsun mənə, səndən gözəl olsun.

Təkrar edəcəkdir bunu hər yerdə Süleyman;Bir öylə gözəl yox ki, Vətəndən gözəl olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring