Bağlarda əsəndə payız yelləri,Ağaclar saçını yolmasa olmaz,Cananı ürəkdən, candan sevəninGözləri qan-yaşla dolmasa olmaz!

Hüsnün xəbər verir səadətimdən,O xumar gözlərin məhəbbətimdən.Mənim bu sevdalı məhəbbətimdən –Qəlbimdə nişana qalmasa olmaz!

Ayrılıq çəkənin bahar çağında,Qara yellər əsər könül bağında.Ömür ağacının hər budağındaAçılan çiçəklər solmasa olmaz.

Eşqin mənasını bilən hər aşiq,Qəmlərlə üz-üzə gələn hər aşiq,Mahnısı ürəklər dələn hər aşiq,Yar yolunda qurban olmasa olmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love