Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim?Bircə sözlə canıma sən təzədən can verdinGündə min yol sənə mən can deməyim, bəs nə deyim?Küsmə məndən, səninəm, bağrıma dağ çəkmə, yetərEtmə can mülkünü viran deməyim, bəs nə deyim?Dikilib gözlərim həsrətlə vüsalın yolunaOlmasın ortada hicran deməyim, bəs nə deyim?Sən canımsan, ciyərimsən, gözəlimsən, gözəlimÖzümə bəxtəvər insan deməyim, bəs nə deyim?Xoş təbəssümlə ayaq basdığın hər məclisə mənGəlib ilhama, gülüstan deməyim, bəs nə deyim?Sevgilim, gül üzünü görmədiyim günlərdəOluram könlü pərişan deməyim, bəs nə deyim?Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love