Sanmayın anamız vətən qədriniDöşünü qabağa verənlər bilər.Yox, yox, zəhmətinin mənası kimiOnun cəlalını görənlər bilər.

İnsanın insana məhəbbətini,Əhdinə, andına sədaqətiniBizim dünyamızın həqiqətiniÖmrünü mənalı sürənlər bilər.

Həyatın mənası dərindir, dərinGəlib öhdəsindən dərdin, kədərin,Hünər meydanında çətinli, dərinArxasını yerə sərənlər bilər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets