Biz söz verdik ayrılanda bir-birinə ürəkdən:Qismət olar, Allah qoysa, görüşərik yaxında.Vüsal günü çələng hörüb qızılgüldən, çiçəkdən,Ayaq altda qoç kəsərik Dəlibaba dağında.

Neçə il var görməmişik bir-birinin üzünü,Gəl sanma ki, bu ayrılıq uzun illər sürəcək.Sən bu taya zilləyərək həsrət dolu gözünü,Soruşursan: dost dostunu bəs nə zaman görəcək?

Qanlı döyüş yollarında ağarmışdır dik başım,Demə, demə, ürəyimiz arzusuna yetməyib.Mən görüşə inanıram, çünki, ey qan qardaşım,Əllərinin hərarəti əllərimdən getməyib!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation